yol qeza

Qəzaya uğrayan mikroavtobusun istixanada çalışan qadınları daşıdığı və xəsarət alanların da həmin şəxslər olması məlum olub.

***12:33

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-də saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.

“Hyundai” markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes” maraklı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə hadisə zamanı xəsarət alan şəxslər var.

Faktla bağlı araşdırma aparılır.

***09:51

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan artıq xəsarət alan var. Yaralılıar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır.

Paylaş: