Bakıda mağaza yanıb – VİDEO

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə məlumat daxil olub.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülmüş operativ və çevik müdaxilə nəticəsində yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinin qarşısı alınmaqla söndürülüb.

***18:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.