news 20210601051151.jpg.pagespeed.ce .A UvrnJyGI

Bakıda avtobus qəzası baş verib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.

36 və 38 saylı marşrut avtobuslarının toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

TƏBİB-dən “APA”nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər şəxs (qadın cinsli) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Paylaş: