Bakıda “Gelandewagen” qəzaya uğradı – VİDEO

Bakı şəhəri Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Xocalı prospektində qeydə alınıb.

Məlumata əsasən, “Mercedes-Benz Gelandewagen” və “Hyundai” markalı avtomobillər toqquşub.

Əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.