1 9

Paytaxtın Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hərəkətdə olan “Kia Optima” markalı avtomobil arakəsmədəki işıq dirəyinə çırpılıb.

İlkin məlumata görə, qəzanın baş verməsinə avtomobil sürücüsünün epileptik tutma keçirməsi səbəb olub.

Qəza nəticəsində avtomobildə olan iki qadın sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində avtomobilə və işıq dirəyinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

6a778bb9b3a2f6a778bb9b3a3017862194496a778bb9b3a2c6a778bb9b3a2d 6a778bb97f9766a778bb97f97717862194496a778bb97f9736a778bb97f975 1786214812.images

Paylaş: