Bakıda evdə yanğın oldu: Xəsarət alan var

Bakıda evdə yanğın hadisəsi baş verib. 

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb, yüksək temperaturdan tavan 20 m² sahədə qismən qarsalanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.