Bakıda evakuator ağır qəza törətdi: ölən var

Bakıda evakuator qadını vuraraq öldürüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Fərid Hüseynov etibarnamə əsasında idarə etdiyi “Isuzu” markalı evakuator avtomobillǝ Zabrat qəsəbəsində hərəkətdə olduğu zaman 1947-ci il təvəllüdlü piyada Solmaz Qocayevanı vurub, sonuncu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.