ygn 0

Bu gün saat 04:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisində yerləşən yaşayış evində yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Yanıq Mərkəzinə hospitalizasiya olunub.

    ***09:12

    Bakıda evdə yanğın olub.

    Bu barədə Globalinfo.aza Fövqəladə Hallar Nazirliyindən verilib.

    Bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 900kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına, o cümlədən bitişik tikilən evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 320kv.m. sahədə yanıb. 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

    Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

    Paylaş: