
Bakıda Xətai rayonunun NZS qəsəbəsində faciəvi hadisə baş verib.
Globalinfo.az xəbər verir ki, ətrafda yaşayanların bildirdiyinə görə, 70 yaşlı Yaqub Əliyev narahatlıq hiss etdiyi alabay cinsli itinə iynə vurmaq istəyib. Bu zaman it sahibinə hücum edib. Daha sonra eyni evdə saxlanılan digər iki it də kişiyə hücum edərək onu parçalayaraq öldürüb.
Sakinlərinin sözlərinə görə, Yaqub Əliyev uzun müddətdir bu mənzildə tək yaşayırdı. Hadisə baş verən gün də evdə tək olub.
Səs-küyü eşidən qonşular hadisə yerinə gəlsələr də, itlərin qarşısını almaqda çətinlik çəkiblər. Nəticədə mərhum aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ətraflı “Xəzər xəbər”in süjetində:
Bakıda itlər öz sahibini parçalayaraq öldürüb.
Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 70 yaşlı Əliyev Yaqub Aydın oğlunun saxladığı “Alabay” cinsli itlər sahibinə hücum edib.
Səs-küyə qonşular gəlsələr də itlərin qarşısında aciz qalıblar.
Nəticədə itlər kişini parçalayaraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları çağırılıb.
Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.
Qonşuların bildirdiyinə görə, Yaqub Əliyev biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.