64248f7c92c7c64248f7c92c7d168011762864248f7c92c7a64248f7c92c7b

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 m² sahədə mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qabyuyan maşın yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakıda yaşayış binasında yanğın söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

64248f7c85f5d64248f7c85f5e168011762864248f7c85f5b64248f7c85f5c 64248f7c739c464248f7c739c5168011762864248f7c739bf64248f7c739c1 64248dfc4595a64248dfc4595b168011724464248dfc4595864248dfc45959 64248dfc3498a64248dfc3498b168011724464248dfc3498864248dfc34989

Paylaş: