Bakıda çoxmərtəbəli binada yanğın baş verdi

Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

İlkin məlumata görə, yanğın yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin balkonunda qeydə alınıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.