Bakıda çoxmərtəbəli binada yanğın oldu – YENİLƏNİB

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 400 m² olan 16 otaqlı mənzilin mətbəxində 3 ədəd paltaryuyan, 0,5 m² sahədə mətbəx mebeli və 1 m² sahədə yataq dəsti yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***10:18

Yasamal rayonunda qeyri-yaşayış obyektində yanğın başlaması ilə bağlı daxil olan məlumat əsasında əraziyə yanğından mühafizə xidmətinin bölmələri cəlb edilib.

Globalinfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmə rəisi Tural Zahidov deyib.

O bildirib ki, baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb: “Bina və mənzillər yanğından mühafizə edilib. Ölən və xəsarət alan yoxdur”.

Qeyd olunub ki, ümumi sahəsi 120 kvadratmetr olan qeyri-yaşayış obyektinin 4 kvadratmetri yanıb.

***09:44

Paytaxtın Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.

***09:16

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Globalinfo.az xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.