Bakıda bu tarixi bina sökülür? – Açıqlama

Bakının Səbail rayonunda tarixi memarlıq abidəsi kimi qeydiyyatda olan doğum evinə qanunsuz müdaxilə ilə bağlı daha bir açıqlama verilib.

Globalinfo.az-ın xəbərinə görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmisi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur. Tarixi tiklinin damında və yararsız hala düşmüş hissələrində  təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür. Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaq”.