Bakıda bina yandı

 

Bakı şəhərinin Nərimanov rayonunda yaşayış binasında yanğın olub.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 15 ədəd elektrik sayğacı və 2 p.m çıxış kabeli yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.