Bakıda avtobusla yük maşını toqquşdu, yaralananlar var – YENİLƏNİB

Bakının Xətai rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması zamanı xəsarət alan iki nəfər Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, xəsarət alanlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb:

“Digər yaralıya da ilkin tibbi yardım göstərilib, hazırda müayinə və müalicəsinə davam edilir”.

***14:53

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.

Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə bu gün paytaxtın Xətai rayonu, metronun “Əhmədli” stansiyasının yaxınlğında qeydə alınıb.

Belə ki, 57 saylı xətt avtobusu hərəkətdə olan zaman “KamAZ” markalı yük maşını ilə toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çarpılıb. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Faktla bağlı araşdırma aparılır.