Bakıda avtobus qəza törədib, xəsarət alan var – FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, qəza Bakı Dairəvi yolunun Lökbatan dairəsi istiqamətində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu hərəkətsiz vəziyyətdə dayanan “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.