6421e072e271c6421e072e271d16799417466421e072e27196421e072e271b

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəza Əsəd Əhmədov küçəsində baş verib.

114 nömrəli marşrut üzrə “Daewoo” markalı avtobusu idarə edən sürücü sükana nəzarəti itirərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb. Avtobusun çırpıldığı maşın “Opel” və “Chevrolet”ə dəyib. Daha sonra ardıcılıqla “Toyota” markalı minik maşını “Qazel”ə çırpılıb. “Qazel” ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb. Qəza nəticəsində ümumilikdə 8 minik maşını, 1 yük avtomobili və sərnişini avtobusuna ciddi ziya dəyib. Hadisə zamanı “Opel” və “Chevrolet”də olan iki sərnişin xəsarət alıb.

***

Yasamal rayonu Şərfizadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 nömrəli avtobusun iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Globalinfo.az-a verilən məlumata əsasən hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

6421e072d5e7b6421e072d5e7c16799417466421e072d5e786421e072d5e79 6421e072c744d6421e072c744e16799417466421e072c74496421e072c744b 6421e072ee83e6421e072ee83f16799417466421e072ee83c6421e072ee83d

Paylaş: