Bakıda ağır qəza – Ölən var

Bakıda ağır yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, yanvarın 23-ü saat 06 radələrində Cahangirov Abdulla Rafiq oğlu idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Nizami rayon Q.Qarayev prospekti 61 ünvanının qarşısında piyadanı vurub. Ağır xəsarət alan 1959-cu il təvəllüdlü Xəlilov Ataman Şahverdi oğlu yanvarın 24-də müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Nizami RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Malik
Globalinfo.az