Bakı və İrəvan arasında ölüm-dirim mübarizəsi olacaq – Voskanyan

“Bizimlə Bakı arasında heç vaxt Qarabağ, Naxçıvanla bağlı ayrı-ayrılıqda problem, sərhədlərin delimitasiyası və ya hər hansı digər “lokal” məsələ olmayıb, olmayacaq da. Məsələ daha geniş və çoxşaxəlidir”.

Globalinfo.az xəbər verir ki, bunu özünü iranşünas kimi təqdim edən erməni ekspert Vardan Voskanyanın deyib.

O iddia edib ki, Ermənistanla Azərbaycan arasında ölüm-dirim mübarizəsi tərəflərdən biri yox olana qədər davam edəcək.

Voskanyan Azərbaycanın son illərdə bütün sahələrdə gücləndiyini, rəsmi İrəvanın isə xüsusən münaqişə prizmasında geri qaldığını etiraf edib.

Qeyd edək ki, rəsmi Bakı sülh gündəliyinə uyğun müzakirələri davam etdirsə də, Ermənistanda revanşist qüvvələr keçmiş münaqişəni gündəmə gətirməyə çalışır. Hətta Ermənistanın Fransanın dəstəyi ilə sərhəddə təxribata cəhd edəcəyi barədə iddialar mövcuddur.

İstənilən hərbi aktivliyin qarşısı isə Azərbaycan Ordusu tərəfindən qəti şəkildə alınacaq.

Əliyar Xəlil
Globalinfo.az