Bakı-Qazax yolunda ağır qəza: yaralılar var – FOTO

Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZel” markalı nəqliyyat vasitəsi Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış DAF markalı TIR-ın arxa hissəsinə çırpılıb. Nəticədə “QAZel”də olan 3 nəfər ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.