Bakı-Qazax yolunda ağır qəza: Ölən və yaralananlar var

Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində sürücü ölüb, üç nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.