DİN-dən metroda qadınların davası ilə bağlı xəbərə reaksiya – VİDEO

Bu görüntülər Bakı metropolitenində qeydə alınmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

“Metropolitendə Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, görüntülər başqa ölkədə çəkilib”, deyə qurum qeyd edib.

***10:33

Bakıda metrostansiyaların birində iki qadın arasında mübahisə dava ilə nəticələnib.

Globalinfo.az Baku.vs-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, olay metronun “Azadlıq” stansiyasında qeydə alınıb.

Qatar metroda hərəkət edərkən baş verən insident ətrafdakı şəxs tərəfindən lentə alınıb.