Bakı ilə sülh qısa zamanda imzalanmalıdır – Ərdoğan

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Əli Əsədovla görüşündə deyib.

O bildirib ki, regionda sabitliyə nail olunmalıdır.

Ərdoğan Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.