“Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri mütəmadi olaraq fərqli bəyanatlar verir və bunlar Moskva-İrəvan münasibətləri üçün faydalı deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
“Aydındır ki, münasibətlərimizdə problemlər var. İstək olarsa, hər şeyi aşmaq olar, amma bu aşma hədəf olmamalı, problemin həllini ehtiva etməlidir”, – o bildirib.
Rubinyan Türkiyə ilə sərhədlərin açılmasına da toxunub. O, Azərbaycanla ərazi bütövlüyünün tanınması ilə bağlı razılıqların olduğunu və bunların sülh müqaviləsində yer alacağı halda sazişin tezliklə imzalana biləcəyini deyib. Bununla belə Rubinyan Azərbaycanla sülh müqaviləsini Türkiyə ilə sərhədlərin açılmaması qarşılığında imzalanması məsələsinə aydınlıq gətirməyib:
“Nəzəri olaraq fərqli ssenarilər olacaq, amma indi bunu şərh etmək istəmirəm”.
Əliyar Xəlil
Globalinfo.az