Bakı həbsxanasında məhkum öldü

Azərbaycanda məhkum həbsxanada ölüb. 

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada cəza çəkən məhkum Valeh Mayıl oğlu Şirinzadə dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, V.Şirinzadə bu il aprel ayında bir il beş ay müddətinə azadlıqdan məhrum edilmişdi.