Badalyandan Paşinyanla bağlı ETİRAF: “Qərb mərkəzlərinin əlində…”

 

“Ermənistan hakimiyyəti Qərbin xoşuna gələnləri deyir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi strateq Armen Badalyan deyib:

“Əgər Paşinyan Ukraynanın ərazi bütövlüyünü tanıdığını açıqlayırsa, o zaman birbaşa etiraf edir ki, Rusiya Kiyevə qarşı təcavüz edib və ən azı 5 vilayəti ələ keçirib”.

Badalyan əlavə edib ki, Ermənistan hakimiyyəti Qərb mərkəzlərinin əlində marionet olduğunu çoxdan sübuta yetirib:

“Təbii ki, Ermənistan hakimiyyəti Qərbin xoşuna gələni deyir. Nikol Paşinyan Ermənistanın milli maraqlarını rəhbər tutmur və Ukraynanın müharibə dövründə Azərbaycana dəstəyini nəzərə almır. Paşinyan anlamır ki, belə bir münasibət sərgiləməklə Rusiyadan qeyri-dost münasibəti alacaq”, – Badalyan vurğulayıb.

Xatırladaq ki, Nikol Paşinyan Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az