Şahdağ Milli Parkı ilə həmsərhəd olan “Babadağ” ziyarətgahından qayıdarkən yolu azan Kürdəmir rayonu Şilyan kənd sakini Cəsarət Məmmədov və Karrar kənd sakini Mirələm Mehdiyev tapılaraq ailələrinə təhvil verilib.
Bu barədə Globalinfo.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib.
“Şahdağ Milli Parkının əməkdaşlarının səyi sayəsində 29 iyul tarixində səhər saat 8 radələrində itkin düşən vətəndaşlar Quba rayonunun Qarxun kəndi yaxınlığındakı yaylaq ərazisindən tapılaraq sağ-salamat ailələrinə təhvil verilib”.