ESAS FOTO 1

Azercell Könüllüləri” sosial məsuliyyət fəaliyyətini davam etdirərək xüsusi diqqət və qayğıya ehtiyacı olan ahıl və uşaqları bir araya gətirən tədbir təşkil edib.

Globalinfo.az xəbər verir ki, Azercell-in təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin uşaqları, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Ahıl  şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət ediblər.

Bu təşəbbüsə “Aztelekom” MMC-nin əməkdaşları və “Enteskedu” Rəqəmsal Bacarıqlar Mərkəzi də qoşularaq tədbirin sosial təsir dairəsini daha da genişləndiriblər.

Ümumilikdə 100-dən çox böyük və gənc nəslin nümayəndələrini bir araya gətirən bu təşəbbüsün əsas məqsədi nəsillərarası ünsiyyəti gücləndirmək və qarşılıqlı sosial inteqrasiyanı təşviq etmək olub.

Tədbir çərçivəsində iştirakçılar üçün əyləncə proqramı, yaradıcı fəaliyyətlər və musiqili çıxışlar təşkil olunub.

Qeyd edək ki, “Azercell Könüllüləri” 2004-cü ildən etibarən müxtəlif xeyriyyə layihələrində fəal iştirak edir. Təşkilat qayğıya ehtiyacı olan sosial qruplara davamlı dəstək göstərməklə sosial məsuliyyət mədəniyyətinin inkişafına və dayanıqlı ictimai təsirin formalaşmasına töhfə verir.

1J1A5530 IMG 5989 1J1A6067 1 1J1A5763 1J1A6067 1J1A6184 1J1A6315 1J1A6440 IMG 5345 IMG 5783

Paylaş: