gemi 09

Xəbər verdiyimiz kimi, azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumu baş verib. Nəticədə 5 azərbaycanlı ölüb, 3 nəfər yaralanıb. Yaralılar Rusiyanın Yeysk şəhər xəstəxanasına yerləşdirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, vurulan gəmilərdən biri “Natra” 1989-cu ildə istehsal olunub və Beliz bayrağı altında üzür.

Gəminin uzunluğu 116, eni isə 14 metrdir.

Çoxməqsədli “Zirkon” yük gəmisi isə 1972-ci ildə istehsal olunub və Palau bayrağı altında üzür.

Gəmilərin fotolarını təqdim edirik:

Paylaş: