679796bc6a97d679796bc6a97e1737987772679796bc6a97b679796bc6a97c

Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib.

“27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, – paylaşımda qeyd edilib.

Paylaş: