Bir gündə 3 nəfər dəm qazından zəhərləndi

Gəncədə 2, İmişlidə isə bir nəfər dəm qazından zəhərlənib.

Globalinfo.az xəbər verir ki, Gəncə şəhər sakinləri, 1992-ci il təvəllüdlü A Hümbətov və G.Yusibova dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri sabitləşdikdən sonra hər iki şəxs evə buraxılıb.

İmişli rayonunun Otuziki kəndinin  2007-ci il təvəllüdlü sakini G.Rüstəmova hamam otağında dəm qazından zəhərlənib.

Zəhərlənən şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.