Bu ilin ilk 7 ayı ərzində Azərbaycanda 633 yol-nəqliyyat hadisəsi olub.
Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə 351 nəfər həyatını itirib, 497 nəfər yaralanıb.
Yol-nəqliyyat hadisələrinin üçdəbiri şənbə və bazar günlərində qeydə alınıb. Qəzaların 60 faizdən çoxu isə sutkanın qaranlıq vaxtlarında baş verib.