Azərbaycanda 3 nəfərin öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

 

Yanvarın 29-da Beyləqan rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, yoldan çıxaraq Yuxarı Qarabağ su kanalına aşan “Mercedes”i idarə edən 35 yaşlı Vüqar Məmmədovun yanvarın 31-də 35 yaşı tamam olurmuş.

Yaxınları bildirib ki, Vüqar yola çıxmazdan təxminən 15 dəqiqə əvvəl anasına zəng edərək yola düşdüyünü deyib. Bir qədər sonra sürətli hərəkət edən avtomobil Daşburun kəndi yaxınlığında aşıb.

Nəticədə Sumqayıt şəhər sakini Vüqar Məmmədov ağır xəsarət alıb, sərnişinlər – Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov xəstəxanada vəfat edib.

V.Məmmədovun 3 azyaşlı övladı qalıb.

Faktla bağlı cinayət işi açılıb.