meyit s

Abşeronda zavodda iki Hindistan vətəndaşının xəsarət alması, birinin daha sonra ölməsi ilə bağlı araşdırma aparılır.

Globalinfo.az bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

***11:45

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.

Belə ki, zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb. O, aldığı xəsarətlərdən götürüldüyü xəstəxanada ölüb.

Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: