Azərbaycan XİN-dən Yanos Hovarinin vəfatı haqda paylaşım – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru, səfir Yanos Hovarinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” (keçmiş Tvitter) hesabında qeyd edilib.

“Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru, səfir Yanos Hovarinin vəfatı ilə əlaqədar dərin kədər hissi keçiririk.

Ömrünü türk dünyasının möhkəmlənməsinə həsr etmiş bir insanın ailəsinə və yaxınlarına başsağlığı veririk”, – məlumatda vurğulanıb.