Azərbaycan UNESCO Proqramının Şurasına üzv seçildi

Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi “X” sosial şəbəkədə məlumat yayıb.

“Təbrik edirik, Azərbaycan 110 səslə UNESCO-nun İnsan və Biosfer Proqramının (MAB) Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib”, – nümayəndəlik diqqətə çatdırıb.