Səfirliyimizə hücum edən şəxs… – İran tezliklə elan edəcək

“Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin işə ilə bağlı məhkəmənin hökmü tezliklə elan olunacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Nəsir Kənani bugünkü mətbuat konfransında deyib.

O, yaxın vaxtlarda hökm çıxarılacağını bildirib.

XİN sözçüsü  Azərbaycanın İrandakı səfirliyində həyatını itirən əməkdaşın ailəsinə bir daha başsağlığı verib:

“İranın məhkəmə orqanları ittihamlara qanun çərçivəsində baxacaqlarına əmin ediblər. İki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə istintaq prosesi yekunlaşıb. Hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq. Bu hadisə iki ölkənin münasibətləri üçün acı olsa da, hakimiyyət bunun əlaqələrə təsirini minimuma endirməyə çox çalışıb. İki ölkənin yol xəritəsinə uyğun olaraq, son bir ildə biz müxtəlif sahələrdə nümayəndə heyətlərinin mübadiləsinin şahidi olduq. Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq”.

İran XİN: Azərbaycan səfirliyinə hücum edən şəxsə tezliklə hökm oxunacaq