Azərbaycan Pakistanda hərbi aviasiya təlimlərində iştirak edir

Azərbaycan Pakistanda keçirilən beynəlxalq hərbi aviasiya təlimlərində iştirak edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, təlimdə Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Misir, Oman, Bəhreyn, İndoneziya, Mərakeş, Özbəkistan, Çin və Macarıstan da daxil olmaqla 14 ölkənin Hərbi Hava Qüvvələrinin hərbçiləri iştirak edir.