Azərbaycan Ordusu ədaləti bərpa etdi – Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Zəfər Günü münasibətilə “X” sosial şəbəkəsində paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Artıq 3-cü ildir ki, təqvimlərimizdəki işğal tarixlərini qələbə günlərilə əvəzləyən Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuzun qazanaraq ədaləti bərpa etdiyi parlaq qələbəni, 8 Noyabr-Zəfər Gününü qeyd edirik. Bayramın mübarək, Azərbaycan, sənə Zəfər yaraşır!”