Azərbaycan Ordusu dünya rekorduna imza atdı – İsrailli ekspert

“Üçüncü Qarabağ müharibəsi bir neçə aşkar məsələni ortaya qoydu”.

Globalinfo.az xəbər verir ki, bunu israilli hərbi ekspert Sergey Auslender Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə danışarkən deyib.

“Birinci odur ki, müasir müharibələr bu cür aparılır. Texnoloji cəhətdən düşməni bir nəsil qabaqlayanda ilk zərbə ilə onu çaşdırır, kor edirsən. Bundan sonra müqavimət mənasız olur, sadəcə yuxarıdan haradansa raketlər və kamikadze dronlar uçurlar. 23 saat 43 dəqiqə – yəqin ki, dünya rekordudur”, – o bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az