Azad edilən hərbçilərimiz xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub.

Globalinfo.az Baku TV-yə istinadla xəbər verir ki, hərbçilərimiz xəstəxanalara yerləşdirilib.

Onlar müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcəklər.