Aygün Bəylərdən səhhəti ilə bağlı yayılan xəbərlərə reaksiya

Əməkdar artist Aygün Bəylər haqqında yayılan xəbərlərə münasibət bildirib. 

Globalinfo.az Olay-a istinadən xəbər verir ki, əməkdar artist süni tənəffüs aparatına qoşulması ilə bağlı məlumatın dezinformasiya və təxribat xarakterli olduğunu vurğulayıb: “Səhhətimlə bağlı yayılan xəbərlərin hamısı yalan və təxribatdır. Xahiş edirəm, yayılan yalanlara inanmayın”.

Aygün Bəylər solo konsertə hazırlaşdığını da qeyd edib.