putin2025

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Putin bu barədə Valday Beynəlxalq Müzakirə Klubunun plenar iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Moskva Aİ-nin dağılmasını istəmir və bu məsələyə müdaxilə etmək niyyətində deyil. Onun sözlərinə görə, İttifaqın gələcək taleyi və ayrı-ayrı ölkələrin, o cümlədən İtaliyanın qurumda qalması Rusiyanın işi deyil.

“Biz heç nəyi məhv etmək istəmirik. Biz sadəcə qurmaq və əməkdaşlıq etmək istəyirik”, – deyə Putin bildirib.

Rusiya lideri eyni zamanda Aİ-nin iqtisadi problemlərinə toxunaraq, təşkilatın həll edə bilmədiyi çətinliklərin gələcəkdə onun özünə təsir göstərə biləcəyini deyib.

Putin həmçinin Rusiyanın Avropa ölkələri ilə heç bir ilkin şərt irəli sürmədən dialoqu bərpa etməyə hazır olduğunu vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: