Avropa Siyasi Birliyi liderlərinin sammiti başladı – CANLI YAYIM

Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti başlayıb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

Bildirilib ki, hazırda Avropa liderləri görüş keçiriləcək Praqa qalasına daxil olurlar.

Qeyd edək ki, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.