Avropa Parlamentinin qarşısında tikanlı məftilli “kirpilər” quraşdırıldı – VİDEO

Brüsseldə Avropa Parlamentinin qarşısındakı meydanda tikanlı məftilli “kirpilər” quraşdırılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb.

Bildirilib ki, Belçikanın paytaxtında Avropa Parlamentinin deputatları və hakimiyyət orqanları qəzəbli yerli fermerlərin kolonunun traktorlarla gəlməsinə hazırlaşırlar.

Xatırladaq ki, Avropa ölkələrində fermerlər iğtişaşlar törədirlər. Məsələn, Fransanın 40 kommunasında hökumətdən dəstək tədbirləri tələb edən fermerlərin etiraz aksiyaları keçirilir.