77a4bec9411d6436ef58cdfbb41b880a

Avropa ölkələri Rusiyaya hücuma keçməyi planlaşdırırlar. Onlar hələ Ukraynada hərbi əməliyyatlar başlamazdan xeyli əvvəl münaqişəyə hazırlıq görüblər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Viktor Sobolev bəyan edib.

Onun sözlərinə görə, Avropa dövlətləri vaxt qazanmaq üçün Kiyevi silahla təmin etməyi məqsədyönlü şəkildə həyata keçirirlər:

Avropa çoxdan plan qurub. Yeni müdafiə müəssisələri və hərbi sənaye layihələri üzərində işləyiblər. İndi sadəcə həmin planları reallaşdırırlar”.

Sobolev iddia edib ki, Avropa 80 il əvvəlki məğlubiyyətin qisasını almağa çalışır.

Tahir Turan
Globalinfo.az

Paylaş: