foto 1

Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, rayon ərazisində hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsü 35 yaşlı piyada qadını vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə hadisə yerindən yayınıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.

Məlumata görə, “Chevrolet” markalı avtomobili idarə edən yetkinlik yaşına çatmayan sürücü 34 yaşlı Fəridə adlı qadını vurub. O, 4 yaşlı autizmli övladını bağçaya qoyduqdan sonra evə qayıdırmış.

İki uşaq anası olan Fəridənin digər övladının 13 yaşı var.

Qeyd edək ki, Fəridənin 35 yaşı tamam olmasına üç gün qalıbmış.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Paylaş: