ATƏT sədri səfirliyimizə qarşı silahlı hücumu pislədi

ATƏT sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu qəti şəkildə pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Buyar Osmani tviter hesabında yazıb.

O, təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb:

“Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”.