Asim Mollazadə: “İsraildə səfirlik açmaq üçün büdcədən vəsait ayrılmalıdır”

“Azərbaycan müttəfiqi olan İsraildə tezliklə səfrilik açmalı, bunun üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Asim Mollazadə deyib.

“Bizim İsraillə çoxşaxəli əməkdaşlığımız var. Bundan başqa, əvvəllər bir sıra ölkələrdə bağlamağa məcbur olduğumuz səfirliklərin yenidən açılması üçün də vəsait ayrılmalıdır”, – o bildirib.

Deputatın dediklərinə münasibət bildirən maliyyə naziri Samir Şərifov isə deyib ki, yeni səfirliklərin acılması üçün büdcədə həmişə vəsait nəzərdə tutulur: “Bunun üçün büdcədə ehtiyat yaradılır ki, lazım olanda istifadə edilsin. Hökumət bu barədə qərar qəbul etsə, həmin vəsatdən istifadə edilə bilər”.