Arzu Rəhimovun yerinə təyin edilən rəis kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl Qorxmaz oğlu İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib. 

Globalinfo.az bildirir ki, Modern.az yeni xidmət rəisinin kim olduğunu araşdırıb.

Məlumata görə, Mürsəl İbrahimov əvvəllər 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub. Yeni rəis 2015-ci ildə prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib.

Həmin dövrdə Mürsəl İbrahimov polkovnik rütbəsini daşıyıb.

Xatırladaq ki, dövlət başçısının sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

yeni-reis-kimdir